Bakıda keçiriləcək turizm sərgisində Ərdəbil vilayəti də təmsil olunacaq
29 mart 2014 22:20 (UTC +04:00)

Bakıda keçiriləcək turizm sərgisində Ərdəbil vilayəti də təmsil olunacaq

0

“Aprelin 3-5-də Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran parlamentində Meşginşəhr (Xiyov) şəhərini təmsil edən deputat Yunis Əsədi və Xiyov şəhər icra hakimiyyəti başçısının əvəzi İbrahim İmami ilə görüşündə bildirib.

 

Onun sözlərinə görə, bu sərgidə Ərdəbil vilayətinin də stendi olacaq: “İki ölkə arasında müxtəlif sahələrdə oxşarlıqlar var. İranın Azərbaycandakı səfirliyinin əsas proritetlərindən biri sərhəd zonalarında və ətraf  rayonlarda yaşayan əhalinin iqtisadi və ictimai əlaqələrinin inkişaf etdirilməsidir”.

 

Səfir deyib ki, Xiyov şəhərinin Azərbaycan Respublikası ilə 56 km sərhədi var: “Cəlilabad, Salyan və Lənkəran rayonlarında ikitərəfli əməkdaşlıq üçün müxtəlif sahələrdə əlverişli şərait mövcuddur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 745

Oxşar yazılar