Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək
22 oktyabr 2015 15:35 (UTC +04:00)

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

0

 

Oktyabrın 25-dən noyabrın 3-dək Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən təşkil edilən festivalda dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

 

Festival çərçivəsində Heydər Əliyev Sarayı,  Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq  Muğam Mərkəzində dünya şöhrətli musiqiçilərin “Diana Krall”, “Four Play”, “Charles Lloyd”, “Ntjam Rosie” qrupunun və başqalarının  çıxışları gözlənilir.

 

Eyni zamanda Azərbaycanın tanınmış caz ifaçıları – Salman Qəmbərov, Cəmil Əmirov,  Emil Əfrasiyab və Elçin Şirinov festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar