Bakıda beynəlxalq “Yaşıl Qraffiti” festivalı
13 may 2013 22:49 (UTC +04:00)

Bakıda beynəlxalq “Yaşıl Qraffiti” festivalı

 

Mayın 12-də IDEA kampaniyasının ətraf mühit və incəsənət arasındakı harmoniyanı qoruyub saxlamaq məqsədilə təşkil etdiyi beynəlxalq “Yaşıl Qraffiti” festivalı keçirilib. 

 

IDEA-dan APA-ya verilən məlumata görə, festivalda Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə və Azərbaycandan olan gənclər iştirak ediblər.

 

Festival iştirakçıları Bakının mərkəzi hissələrindən birində quraşdırılmış xüsusi stendlərdə müxtəlif rəsm əsərləri çəkərək ətraf mühit problemləri ilə bağlı öz mesajlarını çatdırıblar.

 

IDEA kampaniyası tərəfindən festivalın təşkil edilməsində əsas məqsəd qraffiti sənəti vasitəsilə ətraf mühitin qorunmasının vacibliyini xüsusi qeyd etmək və ictimaiyyətin diqqətinə çatdırmaq olub. Festival, həmçinin, gənc rəssamların fəaliyyətində yeni istiqamət yaratmaq üçün böyük imkanlar açıb.

 

“Yaşıl Qraffiti” festivalında iştirak üçün 80-dən çox gənc müraciət edib, iştirakçı gənclərin seçimi aprel ayından başlanıb.

 

Qeyd edək ki, IDEA kampaniyası 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. IDEA kampaniyası yarandığı gündən insanları ətraf mühit problemləri barədə məlumatlandırmağa və bu sahədə onların aktiv iştirakına  çalışır. Bu məqsədlə kampaniya müxtəlif layihələr həyata keçirməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Oxşar yazılar