Bakıda antik avtomobillrin sərgisi olub
08 fevral 2015 16:27 (UTC +04:00)

Bakıda antik avtomobillrin sərgisi olub

Fevralın 8-də Bakıdakı “Retro” Avto Klubda antik avtomobillərin sərgisi keçirilib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, 15-dək maşının nümayiş etdirildiyi sərgidə, həmçinin antik əşyalar da tamaşaçılara təqdim olunub.

Klubun təsisçisi Elşən İsmayılov təşkilatın 80-dək üzvü olduğunu söyləyib, sərginin əhəmiyyətindən danışıb.

Bildirilib ki, 2003-cü ildən fəaliyyət göstərən klub ümummilli lider Heydər Əliyevin yubileyinə, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə, 28 May-Respublika Gününə həsr olunan yürüşlər təşkil edib. Həmçinin Azərbaycan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə antik avtomobillərin Qubaya yürüşü keçirilib.

E.İsmayılov diqqətə çatdırıb ki, “Retro” Avto Klubu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində antik muzey kimi qeydiyyatdan keçib. Buradakı ən qədim avtomobil 1936-cı ildə ABŞ-da istehsal olunan “Buck” markalı maşındır. Klubun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kluba xarici turistlərin cəlb olunmasını istəyirik. Məqsədimiz əcnəbi qonaqları burada yaradılan şəraitlə tanış etməkdir.

Klubda antik avtomobillərin satışının təşkil edildiyi bildirilib.

Paytaxt sakinləri tərəfindən maraqla qarşılanan sərginin bundan sonra hər həftənin bazar günü keçirilməsi nəzərdə tutulur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar