Bakının üzərindəki toz nə vaxt çəkiləcək? - CAVAB  - YENİLƏNİB
27 iyul 2026 10:14 (UTC +04:00)

Bakının üzərindəki toz nə vaxt çəkiləcək? - CAVAB - YENİLƏNİB

0

"Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur".

Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır: "Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir”.

***

saat 09:40

Bakını toz dumanı bürüyüb.

Lent.az xəbər verir ki, hazırda Bakı və Abşeronda güclü külək əsir və bir çox yerlərdə tozlu hava müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 577

Oxşar yazılar