Bakıda "Şah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi" adlı tədbir keçirilib
0
0
Bakıda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Şah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi “ adlı böyük konfrans keçirilib. Konfransın əvvəlində “ Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli qonaqları salamlayaraq, “Şah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi” adlı tədbirin keçirilməsinin əsas məqsədinin ölkəmizdə milli və mənəvi dəyərlərin təbliğ olunması yolunda ali məqsəd olduğunu bildirib. Daha sonra tarixçi alim Dilavər Əzimli “Şah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi “ mövzusunda geniş məruzə ilə çıxış edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov isə çıxışında “Yeni Üfüq” İctimai Birliyinin bütün fəaliyyətinin milli maraqlarımıza xidmət göstərdiyini bildirib. Türkiyənin ölkəmizdəki Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz konfransda çıxış edərək, “Hər bir millətin dininə, dilinə və tarixi şəxsiyyətlərinə sahib durmasını həmin xalqın böyüklüyünün göstəricisi olduğunu” söyləyib.
Qarabağ Seyid Ocaqlarinin təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli, “Ölkəmizdə dini və milli tolerantlıqdan sui istifadə edən qrupların, xüsusi ilə təkfirçi “dindarların” Azərbaycan dövlətçilyinə qarşı hər an təhlükə olduğunu deyib. O, belə konfransların keçirilməsini milli özünü dərkə səbəb olacağını vurğulayıb.
Konfransda birliyin sədr müavini, filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova, araşdırmacı jurnalistlər Rəsul Mirhəşimli, Əli Çərkəzoğlu, tanınmış ilahiyyətçi Ağa Hacıbəyli, Tibb Universitetinin müəlliməsi Aidə Bəndəliyeva və digər ziyalılar Şah İsmayıl Xətai haqqında öz düşüncələrini konfrans iştirakçıları ilə bölüşüblər. Tədbirdə Bakı Atatürk liseyinin şagirdi Mirrəsul Əzimbəyli və Nizami rayonu 220 saylı məktəb-liseyinin şagirdləri Afeliya Qocayeva, Zülfiyyə Qocayeva Şah İsmayılın şeirlərini söyləyiblər. Tarixdən başlayan konfrans, mənəviləşərək vəhdətə - milli birliyə mesaj verdi. Konfransda Türkiyə səfirliyinin din xidmətləri üzrə müşaviri Sadıq Eraslan , Bakı Atatürk liseyinin müdiri Ali Devrim həmçinin ölkənin tanınmış ziyalıları və çoxlu sayda tələbə gəncləri iştirak edib.
0
0