Bakıda “Retro filmlər həftəsi”
31 yanvar 2014 15:44 (UTC +04:00)

Bakıda “Retro filmlər həftəsi”

Fevralda Nizami Kino Mərkəzində “Retro filmlər həftəsi” layihəsinə start veriləcək.


 

Mərkəzdən APA-ya verilən məlumata görə, həftəyə Azərbaycan filmlərinin nümayişi ilə başlanılacaq. Layihə çərçivəsində hər həftənin 5-ci günü film nümayiş olunması nəzərdə tutulur. Artıq bir neçə filmin rəqəmsal variantı hazırdır. “Retro filmlər həftəsi”nin məqsədi tamaşaçıları milli kinoya yenidən qaytarmaq, onların korifey rejissorlarımızın və aktyorlarımızın filmlərinə böyük ekrandan baxmalarına şərait yaratmaqdır.

 

Nizami Kino Mərkəzindən əlavə ediblər ki, gələcəkdə layihə çərçivəsində Fransa, İtaliya və Amerikada istehsal olunan retro filmləri də nümayiş olunacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar