Bakıda “Qum Heykəltəraşlığı və Qraffiti “ festivalı
16 oktyabr 2013 01:34 (UTC +04:00)

Bakıda “Qum Heykəltəraşlığı və Qraffiti “ festivalı

0

Azərbaycanda  “Qum Heykəltəraşlığı  və  Qraffiti  üzrə  açıq  Festival”  keçiriləcək. Lent.azın məlumatına görə, festivalın açılışı oktyabrın 17-də  “Dostluq” istirahət mərkəzində  keçiriləcək.

Azərbaycan  Gənclər  Fondunun  maliyyə  dəstəyi  ilə ikinci dəfə keçirilən  layihənin  məqsədi Azərbaycanda bu sahə üzrə təhsil alan xarici tələbələrin və Azərbaycan incəsənətinin ,heykəltəraşlığının və yenicə başlanan qraffiti sənətinin  inkişafına təkan vermək, gənc istedadlı rəssamların  və heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verməkdir.

Festivalda  3 gün ərzində qumdan heykəllər hazırlanacaq. Eyni zamanda festivalın ikincin hissəsi kimi graffiti üzrə müsabiqəyə başlanılacaq. Heykəltəraşlar və qrafitistlər 3 gün müddətində müəyyən edilmiş ərazidə müəyyən vaxt çərçivəsində işləyəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1266

Oxşar yazılar