Bakıda “Cırtdan” III  Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
02 sentyabr 2015 18:20 (UTC +04:00)

Bakıda “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə start verir. Teatrdan Lent.az-a verilən məlumata görə, mövsümə  18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olması və Musiqi günü münasibətilə onun məşhur “O olmasın, bu olsun” tamaşası ilə start veriləcək.

 

Sentyabrın 1-də teatr kollektivi qarşısında çıxış edən sənət ocağının direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə ilin sonunadək daha 2 tamaşanın da təhvil veriləcəyini qeyd edib. Bunlar teatrın baş rejissoru Qurban Məsimovun quruluş verəcəyi “Qırmızıpapaq” və teatrın gənc rejissoru Anar Məmmədovun hazırlayacağı “Bədheybət və gözəl" tamaşalarıdır.

 

Bundan başqa, İngiltərədən dəvət olunacaq rejissorun quruluşunda “Şair ayı” tamaşasının da iş planında olduğunu bildirən direktor hazırda həmin rejissorla danışıqlar aparıldığını deyib.

 

R. Əhmədzadə noyabrın 15-dən 20-dək Bakıda keçiriləcək “Cırtdan” III  Beynəlxalq Kukla Teatrları Festivalı barədə də məlumat verib.

 

Onun sözlərinə görə, dünyanın məşhur kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyi festivalın təntənəli açılışı üçün hazırlıq işlərinə başlanılıb. Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar