Türkiyədə məşhur kino və teatr aktyorlarının iştirakı ilə təşkil edilən yay məktəbi başa çatıb. Lent.az-ın məlumatına görə, may ayından avqust ayınadək Türkiyənin Bursa şəhərində Mudanya "Sahne Haned”də təşkil olunan yay məktəbində Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev və Azərbaycan Dövlət Pantomima teatrının aktyoru Bəhruz Vaqifoğlu iştirak edib.
Yay məktəbinin yekununda N. Vəliyevin hazırladığı "Qacaq qocalar" tamaşası (Elçin Hüseynbəylinin əsəri əsasında hazırlanıb) nümayiş etdirilib. O, Lent.az-a açıqlamasında tamaşanın uğurla səhnələşdirildiyini və alqışlarla qarşılandığını bildirib: “Qacaq qocalar" xaricdən gələn nümayəndə heyətləri içərisində seçilib və “Ən yaxşı rejissor işi” nominasiyasında mükafata layiq görülüb. Mükafatın təqdimat mərasimi yaxın günlərdə İstanbulda təşkil ediləcək”.
Xatırladaq ki, yay məktəbində azərbaycanlı aktyorlarla yanaşı türkiyəli məşhurlar Emre Karayel, Mert Firat, İlksen Başarir, Orhan Aydin, Selen Ucer, Gökhan Yikilkan, Ruhi Sari, Yeşim Koçak və Ferhat Uludere iştirak edəcəklər. Yay məktəbinin keçirilməsində əsas məqsəd yeni fəaliyyətə başlayan gənc aktyorlara aktyor sənətindən master klass keçməkdir.