Azərbaycanlı musiqiçi Sankt-Peterburqda "Sevgi şərbəti" operasına dirijorluq edib
04 aprel 2014 01:17 (UTC +04:00)

Azərbaycanlı musiqiçi Sankt-Peterburqda "Sevgi şərbəti" operasına dirijorluq edib

Sankt-Peterburqun Mixaylovski İmperator Opera Teatrında Qaetano Donisettinin "Sevgi şərbəti" (L'elisir d'amore)  operasının premyerası keçirilib. APA-nın məlumatına görə, tamaşaya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev dirijorluq edib.

 

 Ə. Quliyev bildirib ki, İtaliya və Rusiyanın tanınmış sənət  və teatr xadimləri tamaşanın quruluşçu heyətində iştirak ediblər. Tamaşanın quruluşçu rejissoru Fabio Sparvoli, rəssamı Mauro Karozi, musiqi rəhbəri Daniele Rustionidir.

 

 Əsas rolların ifaçıları Dmitriy Karpov, Yevgeniy Axmedov, Boris Pinxasoviç, Hamburq Opera Teatrının solisti Katerina Tretyakova, Yuriy Monçak, Svetlana Moskalenko və Viktoriya Voytenkovadır.

 

 2013-cü ildə dirijor Ə. Quliyev ilk dəfə olaraq P.Çaykovskinin "İolanta" operasına dirijorluq etmək üçün Mixaylovski İmperator Opera Teatrına dəvət olunub. Qarşıdakı teatr mövsümü ərzində o, həmçinin C.Verdinin "Traviata" operasını idarə edəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Oxşar yazılar