Azərbaycanlı fotoqrafın çəkdiyi kadr ingilis jurnalında
05 mart 2015 11:00 (UTC +04:00)

Azərbaycanlı fotoqrafın çəkdiyi kadr ingilis jurnalında

0

Tanınmış fotoqraf Rəsul Rəhimov çəkdiyi şəkil növbəti dəfə xarici mətbuatda yayımlanıb. 

Lent.az-ın məlumatına görə, R. Rəhimovun Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı çəkdiyi foto İngiltərənin “Huffington Post” saytında günün fotoları arasında nümayiş olunub.

 

Xatırladaq ki, bu, Rəsul Rəhimovun ilk uğuru deyil. 

Bundan əvvəl, “Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda keçirilən möhtəşəm şouda Rəsul Rəhimovun çəkdiyi Qız qalası fotosu İngiltərədə nəşr olunan “Huffington Post” qəzetində dərc olunmuşdu. 

Bir çox beynəlxalq mükafatların laureatı olan Rəsul Rəhimov “Anadolu” agentliyi Bakı ofisinin əməkdaşıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar