Azərbaycanda ilk dəfə eşitmə qüsurlular üçün filmlər göstəriləcək
07 aprel 2016 16:18 (UTC +04:00)

Azərbaycanda ilk dəfə eşitmə qüsurlular üçün filmlər göstəriləcək

 

Nizami Kino Mərkəzi MEGOGO onlayn-kinoteatrı ilə sıx əməkdaşlıqda Azərbaycan dilinə surdotərcümə olunmuş  filmləri mütəmadi olaraq  repertuara daxil edərək təmənnasız  olaraq danışma və eşitmə qüsurlu  insanlara təqdim edəcək. Bu barədə mərkəzdən Lent.az-a verilən məlumatda qeyd edilir. Artıq yaxın gönlərdə ABŞ və Çin istehsalı olan “Zamanın ilməsi” bədii  filminin nümayişi planlaşdırılıb.

 

Xatırladaq, ki surdotərcüməli olan  filmin Azərbaycanda  ilk nnümayişi Nizami Kino Mərkəzində baş tutub və mərkəzin  MEGOGO onlayn-kinoteatrın əvəzsiz xeyriyyə layihəsinə   daima dəstəyə hazır olduğunu qeyd edib və qarşılıqlı olaraq  MEGOGO –onlayn –kinoteatrın Azərbaycan və Gürcüstandakı nümayəndəliyinin rəhbəri Fərid Xəlilov  Nizami Kino Mərkəzi ilə əməkdaşlığın  davamlı olacağını söyləyib.

 

Qeyd edək ki, ilk leqal videoplatforma olan MEGOGO – onlayn –kinoteatrı “Bax necə eşidirsən” layihəsi daxilində surdotərcümə studiyası yaradıb və danışma və eşitmə qüsuru olan insanlar ücün filmlərin surdotərcüməsini  və  bu filmlərin xüsusi  kataloqunu hazırlayır. MEGOGO onlayn-kinoteatrın əməkdaşları “Bax necə eşidirsən” layihəsi daxilində respublikanın bölgələrində və müxtəlif ölkələrdə də bu aksiyanın keçirilməsini  planlaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar