Azərbaycan Londondakı turizm sərgisində iştirak edir
06 noyabr 2013 22:38 (UTC +04:00)

Azərbaycan Londondakı turizm sərgisində iştirak edir

Mədəniyyət və turizm  naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Londonda keçirilən "WTM 2013" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan sərgiyə 11 yerli turizm şirkəti, 3 mehmanxana ilə qatılıb. 

 

Sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 105 kv.m sahədə lövhə quraşdırılıb,  "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb.  Nazirlikdən bildiriblər ki, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün stend ingilis dilində müxtəlif növ reklam-çap məhsulları və başqa təbliğat materialları ilə təmin olunub. 

 

Qeyd edək ki, Azərbaycan "WTM 2013" Beynəlxalq Turizm Sərgisində 2002-ci ildən iştirak edir. Beynəlxalq tədbirdə indiyədək 192 ölkədən 5500-ə yaxın şirkət təmsil olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar