Yazıçı Aysel Əlizadənin Ankara şəhərində Türkiyədə nəşr edilən ”Beyaz Kürk” kitabının təqdimatı və yazarın imza günü keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə yazarlar və media nümayəndələri, o cümlədən Türkiyənin tanınmış siyasi və ictimai xadimləri də iştirak edib. Belə ki, CHP başqanının müavini Gürsel Tekin, IHAF başqanı Abdullah Buksur, jurnalist Ramazan Kuş və digərləri tədbirdə iştirak edərək yazara uğurlar arzulayıblar.
A. Əlizadə Lent.az-a açıqlamasında tədbirin uğurla keçdiyini bildirib. Yazarın sözlərinə görə, ona IHAF başqanı Abdullah Buksur tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, tezliklə Lent.az oxucuları A. Əlizadənin təqdimatında Türkiyənin tanınmış siyasi xadimlərinin ilk dəfə olaraq Azərbaycan mediasına verdiyi müsahibəni oxuya biləcək.