Astara kollecinin direktoru Moskvada keçiriləcək elmi konqresə dəvət alıb
05 oktyabr 2013 21:24 (UTC +04:00)

Astara kollecinin direktoru Moskvada keçiriləcək elmi konqresə dəvət alıb

0

Astara Pedaqoji Kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim Əlihəsən Həmzəyev Moskva şəhərində (Rusiya) keçiriləcək III Beynəlxalq Elmi Konqresə dəvət olunub.

 

Bu barədə APA-nın Cənub bürosuna məlumat verən Ə.Həmzəyevin sözlərinə görə, görkəmli rus alimi V.İ.Vernadskinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş bu beynəlxalq tədbir M.V.Lomonosov adına Moskva Dövlət Universitetində oktyabrın 23-25-də keçiriləcək. Ə.Həmzəyev konqresdə «Qloballaşmış iqtisadiyyat» mövzusunda məruzə ilə çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1767

Oxşar yazılar