Aşıq Kamandarın ev muzeyinə status verilib
01 oktyabr 2013 20:28 (UTC +04:00)

Aşıq Kamandarın ev muzeyinə status verilib

Gürcüstanda Aşıq Kamandar Əfəndiyevin ev muzeyinə status verilib.

 

Bunu APA-nın Gürcüstan bürosuna Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müşaviri Giorgi Qeqoçkori bildirib.

 

Onun sözlərinə görə, bu hadisə gürcü və Azərbaycan xalqları üçün böyük əhəmiyyət kəsb edir: “Nazirimiz Quram Odişariya iki həftə əvvəl Aşıq Kamandarın yaşadığı kənddə olub və onun öz əli ilə tikdiyi evdə aşığın ev muzeyinin və heykəlinin açılışını keçirib. Aşıq Kamandar istedadlı aşıq olub. Mədəniyyətlərimizin inkişafı hər iki milləti sevindirir. Gürcüstanda azərbaycanlıların heç bir problemi yoxdur. Mən iki həftədən sonra Bakıya gedəcəyəm. Azərbaycan Rəssamlıq Akademiyası ilə əməkdaşlıq barədə memorandum imzalayacağıq”.

 

Tiflisdəki “Dialoq və İnkişaf Fondu”nun rəhbəri Ramilə Əliyeva APA-ya isə açıqlamasında Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin Azərbaycan aşıqlarının festivalını keçirəcəyini bildirib: “Bu tədbiri nazir Quram Odişariya ilə müzakirə etmişik. Festivala 6 ölkədən türkdilli aşıqlar dəvət olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712
avatar

Oxşar yazılar