Azərbaycanlı iş adamı Araz Ağalarov və müğənni-bəstəkar Emin Ağalarov mərhum sənətkar Müslüm Maqomayevin abidəsini ziyarət ediblər. Lent.az-ın "Axşam.az"a istinadən verdiyi məlumata görə, ifaçı fotoları İnstaqram səhifəsində paylaşıb. Qeyd edək ki, bu gün görkəmli Azərbaycan və sovet opera-estrada müğənnisi (bariton), bəstəkar, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin ölümündən 6 il keçir.