Azərbaycanın Əməkdar artisti Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edib. Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
İyunun 1-də 65 yaşı tamam olan Aktirisa 1978-ci ildən «Azərbaycanfilm» k/st.-nda bir çox filmlərdə rol almışdır, onun çəkildiyi filmlər «Sevinc buxtası» «Şir evdən getdi», «Üzü küləyə», «Qaynana», «Yarımçıq qalmış mahnı», «Üzeyir ömrü», «Əlavə iz», «İlıq dənizdə buz parçası», «İşarəni dənizdən gözləyin», «Portağal» (Ukraina.), «Hər şeydən əvvəl düzlük» (Özbəkstan.), «Dağıdılmış körpü» (1996) və s.
Mərhum aktirisa ilə vida mərasimi bu gün saat 13:00 də Təzə Pir məscidində keçiriləcək.