
Nazir: "Biz yaradıcılığımızla bədnam qonşularımıza cavab verməliyik"
"Bu gün mədəniyyət o sahədir ki, insanların yaşayış mühitinə təsir göstərir. İnformasiya texnologiyaları vasitəsilə bütün mahnılar, rəssamlıq nümunələri, digər əsərlər dünyaya açılır".
APA xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, bu məsələyə həssaslıqla yanaşılmalıdır: "Qonşularla mübarizəmiz daha çox bu səpkidə gedir: "O gün olsun, bu mükafatları Cıdır düzündə təqdim edək. Biz hamımız dərk etməliyik ki, bizim gündəlik mübarizəmiz görünməyən cəbhədə gedir. Görünməyən mədəniyyət irsimiz, mətbəximiz, hər şeydir. Biz yaradıcılığımızla öz bədnam qonşularımıza cavab verməliyik. Biz elədiklərimizə hər dəqiqə deyirlər, "biz eləmişik, bizə aiddir". Nə vaxt hər hansı azərbaycanlı etmədiyi şeyi deyib ki, bunu biz etmişik? Tarixdə sizin adınız qalacaq, bu mədəniyyətə təcavüz edənlərin adı deyil".
Nazir bildirib ki, cəmiyyətimizdə yeni bir mühit formalaşdırılmalıdır: "Tarixi mirasımıza, mədəni sərvətlərə diqqətlə yanaşmalıyıq. Tarixi abidələri qorumasaq, onlarla istədiyimiz kimi davransaq, zibilləsək, yandırsaq, sanki doğma əcdadlarımıza hörmətsizlik edəcəyik. Tarixi mirasımız olmasaydı, müasir memarlıq da olmayacaqdı".
Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21