XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
31 iyul 2019 16:04 (UTC +04:00)

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə bu gün axşam saatlarında XI Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.

Lent.az xəbər verir ki, avqustun 5-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edəcəklər.

Festivala hazırlıq işləri artıq tam başa çatıb. Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif yerlərində festivalla bağlı reklam lövhələri qoyulub.

Proqrama uyğun olaraq, bu gün axşam saat 21:00-da Qəbələ Rayon Mədəniyyət Mərkəzinin zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunacaq. Cavad Tağızadənin dirijorluğu ilə gerçəkləşəcək konsertdə solistlər Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Rəsul Əliyev (fleyta), Nəzrin Aslanlı (violin), Safura Aslanova (vokal), Məmmədəli Paşazadə (klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edəcəklər.

Festivalın açılış mərasimi avqustun 1-də axşam saatlarında Mədəniyyət Mərkəzində reallaşacaq. Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçəcək konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Yeganə Axundova (piano) səhnəyə çıxacaqlar.

Festival günlərində musiqisevərlər “Kiyev virtuozları” simfonik orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, “Naz-nazı” muğam qrupunun, “Clarte” klarnet kvartetinin, xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə edəcəklər.

Festivalda, həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert də keçiriləcək.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34