![[b]“Dədə malı” serialında “Mina” həyəcanı[/b]](https://lent.az/storage/news/2019/may/22/big/38d99789c1bdbf0760d9bcd044ccb4fb.jpg)
[b]“Dədə malı” serialında “Mina” həyəcanı[/b]
“ARB Media Qrup”un istehsalı olan, tanınmış aktyorların yer aldığı “Dədə malı” serialına məşhur simaların axını davam edir.
Lent.az xəbər verir ki, sevilən ifaçı Mina Hüseynova da “Dədə malı” serialının qonağı olub.
O, komediya janrında çəkilən ekran işində Dünyamalı (Coşqun Viləş) obrazının Bakıdan kəndə onu axtarmağa gələn sevgilisini canlandıracaq. Senariyə uyğun olaraq tamaşaçılar Minanı bu dəfə tam fərqli obrazda görəcəklər. Dünyamalının kənddəki sevgilisi Durna ilə ifaçının yaratdığı obraz arasında nələr baş verəcək? Bu qalmaqal nə ilə nəticələnəcək?
Bu sualların cavabını yaxında “ARB” televiziyasında yayımlanacaq “Dədə malı” serialını izləməklə öyrənə bilərsiniz. “ARB Media Qrup”a məxsus serialın çəkilişləri Xaçmaz rayonun Qıraqlı kəndində, Quba rayonunda, həmçinin Bakı şəhərində aparılır. Tamaşaçılara həyəcan dolu anlar və bol gülüş vəd edən serialın baş rollarını məşhur aktyorlar Coşqun Viləş, Rada Nəsibova, Nəzakət Məmmədova, Əzizağa Əzizov, Elsəvər Camal və başqaları canlandırır.
Qeyd edək ki, 12 hissədən ibarət serialın rejissoru Vüsal Məmmədov, senari müəllifləri Azər Səlimli və Elsevər Camal, prodüseri Şahin Yusifov, quruluşçu operatoru isə Mehdi Yaqubovdur.
Serial iyun ayından etibarən hər cümə günü, saat 20:45-də “ARB” televiziyasında yayımlanacaq.
Oxşar yazılar

Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57
Ən ağrılı yerim oğlumu 24 yaşında itirməyimdir - Yazıçı Hidayətlə MÜSAHİBƏ
21 iyul 2025 , 13:09
Sirr və detektiv sevənlər üçün 5 serial -VİDEO
21 iyul 2025 , 11:12
Ayağı kəsilən aktyor VƏFAT ETDİ
19 iyul 2025 , 12:56
Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25