«Nizami Gəncəvi adına qızıl medal» təsis edilir
07 noyabr 2013 02:18 (UTC +04:00)

«Nizami Gəncəvi adına qızıl medal» təsis edilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin noyabrın 6-da keçirilən iclasında «Nizami Gəncəvi adına Qızıl medal»ın əsasnaməsi və təsviri müzakirə olunub.

 

Lent.az-ın AzadlıqRadiosu-na istinadən məlumatına görə, təşəbbüsü akademik katib Rasim Əliquliyev açıqlayıb. O, medalın əsasnamə layihəsinə görə, AMEA-nın ən yüksək mükafatı sayılacağını bildirib:«Bu mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtirasına, eləcə də elmin inkişafında xüsusi xidmətlərinə görə verilməsi nəzərdə tutulur. AMEA-nın Rəyasət Heyəti və elmi bölmələri alimlərin «Nizami Gəncəvi adına Qızıl medal»a namizədliyini irəli sürə bilər».


AMEA-nın prezidenti Akif Əlizadə AzadlıqRadiosuna bildirib ki, bu medal tədqiqatçıları yeniliyə həvəsləndirəcək: «Biz alimlərin əməyini, onların eləmə gətirdikləri yenilikləri, dünya elminə verdiyi töhfələri qiymətləndirməliyik. Medal ildə bir dəfə Azərbaycan alimlərinin uğurları, beynəlxalq elmə verdiyi töhfələr əsasında verilməlidir. Namizədlərə yaş məhdudiyyəti qoyulmayacaq. Bunun AMEA-da aparılan tədqiqatların artmasına, onların dünya səviyyəsinə qalxmasına dəstək olacağını düşünürük».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919
avatar

Oxşar yazılar