Moskvada “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi açılıb
04 aprel 2014 02:26 (UTC +04:00)

 Moskvada “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi açılıb

 Rusiya paytaxında  “Azərbaycan. Tolerantlıq məkanı” sərgisinin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində  keçirilən sərgi Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev, Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və ÜAK-ın əməkdaşları iştirak ediblər.


Sərgidə dünya şöhrətli fotojurnalist Reza Deqatinin 26 foto əsəri - əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edən fotoşəkillər nümayiş etdirilib. Fotolarda Azərbaycanın timsalında müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşamasının mümkünlüyü əks olunub.
Açılış mərasimində çıxış edən Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin direktoru Aleksandr Boroda qeyd edib ki, tarixən Azərbaycan hər zaman bütün millətlər üçün qonaqpərvər ev olmuşdur: "Yəhudi icması Azərbaycandakı bütün xalqlarla birlikdə sülh şəraitində yaşayıb və yaşayır. Digər dövlətlərin nümayəndələrinin bu sərgiyə gələrək belə isti atmosferin öz ölkələrində necə yaradılmasını fikirləşmələri vacibdir. Rusiyanın bir çox regionlarından nümayəndələr də bu sərgidən nəsə götürə bilərlər. "Azərbaycan-tolerantlıq məkanı" sərgisi pəncərəyə düşən işıqdır, hara kı, baxmaq və ora istiqamətlənmək lazımdır".


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevə isə çıxışında Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinə qonaqpərvərliyə görə təşəkkürünü bildirib: "Bu gün biz sizə məşhur fotoqraf Rza Deqatinin işlərinin təqdim edirik. Onun işlərində müasir dünyanın ən aktual mövzusu olan tolerantlığa toxunulub.  Bu işlər fotoqrafın Azərbaycandakı tolerantlığa təbii və obyektiv baxışıdır. Onun işlərinin qəhrəmanı xristianlar, yəhudilər və müsləmanlardır. Hansılar ki, birlikdə çoxmədəniyyətli, müasir Azərbaycan adlı rəsmi təşkil edirlər. Azərbaycanda hər zaman müxtəlif milliyətə, adət-ənənəyə və mədəniyyətə malik insanlar yaşayıblar. Onların hər biri öz töhvəsini verib və izlərini qoyublar. Bu gün bizim ölkədə müsəlmanlar, yəhudilər və xristianlar sülh şəraitində yaşayırlar. Bu bizim xalq üçün hər hansı bir inkişaf deyil, bu normadır, həyat tərzidir. Biz heç vaxt başqa cür yaşamamışıq. Bu gün bizim ölkədə sinaqoqları, pravoslav və katolok kilsələrini və məscidləri görmək mümkündür.


Azərbaycan beynəlxalq və mədəniyyət dialoqunu dəstəkləyir. Artıq neçə ildir ki, ölkəmizdə Humanitar forum keçirilir. Həmin foruma bütün dünyadan gəlirlər. Heydər Əliyev Fondu bu mövzuya böyük diqqət ayırır. Fondun sayəsində Azərbaycanda 20-yə yaxın məscid, sinaqoq və kilsə təmir-bərpa olunub. Fond təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də bu fəaliyyətlə məşğul olur. Fond Fransada X əsrə aid kilsəni bərpa etdirib. Strasburqda, Vatikanda və Versalda kilsələrin bərpa olunmasına kömək edib. Bir müddət əvvəl Heydər Əliyev Fondu Həştərxanda müqəddəs Knyaz Vladimirin abidəsini ucaldıb". 


Sərgidə nümayiş olunan fotoların müəllifi Rza Deqati Heydər Əliyev Fonduna və xüsusən də Leyla Əliyevaya ona verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Səfir Polad Bülbüloğlu çıxışında Azərbaycan dövlətinin dini tolerantlığa yardım etdiyini bildirib: "Bir müddət əvvəl dövlət hesabına xristian mədəniyyət mərkəzi və sneqoq tikilib. Bu günki sərginin açılışında iştirak etmək üçün Azərbaycanın müsəlman, xristina və yəhudi icmasının nümayəndələri də gəliblər". 
Qeyd edək ki, Reza Deqati son 30 ildə dünyanın bütün qitələrini gəzib dolaşaraq, hər bir ölkədə insanların həyat müxtəlifliyini fotoaparatın yaddaşına köçürüb. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” və digər layihələri dünyada məşhurdur. O, Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin sahibidir.


Tanınmış fotojurnalistin Azərbaycana marağı 1987-ci ildən yaranıb. 1997-ci ildə Reza Deqati bir neçə ay Azərbaycanda yaşamış, qarış-qarış gəzmiş, hər bölgədə sadə insanların həyatını, adət-ənənələri öyrənərək fotoaparatının yaddaşına köçürüb. 


“Azərbaycan. Tolerantlıq məkanı” sərgisi ilk dəfə 2013-cü ilin noyabrında Parisdə keçirilib. Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar