Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” filmi İranda “International Moving” Film Festivalında nümayiş olunub.
Bu barədə Lent.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Onun sözlərinə görə, 12-ci dəfə keçirilən festivalda 120 ölkədən 3046 film nümayiş etdirilib. “Stalinin qaranlıq keçmişi” sənədli filmi festivalın yarımfinalçı sertifikatına layiq görülüb.
Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Xalq artisti Eldost Bayram oxuyub.