“Qatil” bədii filminin təqdimatı keçirildi
21 oktyabr 2015 22:54 (UTC +04:00)

“Qatil” bədii filminin təqdimatı keçirildi

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınan “Qatil” bədii filminin təqdimatı keçirilib. APA-nın məlumata görə, tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Heydər Əliyev Mərkəzinin rəhbəri Anar Ələkbərov, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov film haqqında məlumat verərək bildirib ki, rejissor Kamran Şahmərdanın Elçinin eyniadlı pyesi əsasında ekranlaşdırdığı film “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

 

M. Hətəmov son illərdə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmlərə beynəlxalq festivallarda olan maraqdan, kino sahəsindəki islahatlardan, gələcək perspektivlərdən danışaraq vurğulayıb ki, hazırda bir neçə ölkə ilə müştərək film layihələri barədə danışıqlar aparılır.

 

Filmin rejissoru Kamran Şahmərdan "Qatil" pyesi əsasında hazırladığı tamaşanın Sankt-Peterburqda maraqla qarşılandığını  diqqətə çatdırıb və filmə də eyni marağın göstəriləcəyinə ümidvar olduğunu qeyd edib.

 

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28