Şəkidə “Ortaq Türk Tarixinin Araşdırılması Problemləri” mövzusundaI Beynəlxalq Elmi Konfrans keçirilir.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun təşəbbüsü və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfrans üç gün davam edəcək.
Beynəlxalq konfransda Azərbaycanla yanaşı digər türkdilli dövlətlərin, eləcə də Rusiyanın Dağıstan respublikasının tarixçi alimləri iştirak edir. AMEA Tarix institunun direktoru Yaqub Mahmudov açılış nitqində bildirib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə tariximiz yenidən araşdırılır, bu istiqamətdə yeni təhqiqat əsərləri hazırlanır, müxtəlif dillərə tərcümə olunaraq təbliğ olunur. Eyni zamanda ölkə rəhbərliyinin təşəbbüsü ilə ortaq türk tarixinin araşdırılması istiqamətində də layihələr həyata keçirilir. Ötən 20 ildə bu istiqamətdə bir sıra uğurlara nail olunub. Bildirildi ki, Şəkidə təşkil edilən Beynəlxalq konfransın keçirilməsinin başlıca məqsədi də ortaq türk tariximizin öyrənilməsi və birgə kitabların, təhqiqatların aparılmasıdır.
Konfransın ilk günü Türkiyəli professor Selma Yel “Türk dünyasında ortaq dəyərlərin öyrənilməsi”, Özbəkistandan tarixçi professor Şohistaxan Uljayeva “14-15-ci əsrlərdə Böyük İpək yolu tarixinin təhqiqi problemləri”, Qazaxstandan professor Səttar Majitov “Ortaq türk tarixinin araşdırılmasının nəzəri-metodiloji və praktiki tərəfləri , Rusiyanın Dağıstan respublikasından tarix elmləri namizədi Rasul İbrahimov “19-20-ci əsrlərdə Şimali-Qafqazda türk xalqlarının demoqrafiya tarixi: naliyyətlər və problemlər” mövzusunda məruzələr edib, fikir mübadiləsi aparılıb.