Naxçıvan xanlığının tarixindən bəhs edən “Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri” adlı kitab çapdan çıxıb.
APA-nın xəbərinə görə, Musa Quliyevin qələmə aldığı kitaba AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Ön söz” yazıb.
Monoqrafiyada XVIII-XIX əsrlər Azərbaycan tarixində mühüm rol oynamış bir dövlətin - Naxçıvan xanlığının tarixi arxiv materialları və tədqiqat əsərlərinin müqayisəsi əsasında ilk dəfə kompleks şəkildə tədqiq olunub.
Kitabın elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.