“Jara” Festivalına tamaşaçılar ekspres marşrutla daşınacaq
25 iyul 2019 09:27 (UTC +04:00)

“Jara” Festivalına tamaşaçılar ekspres marşrutla daşınacaq

İyulun 25-dən 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək.
 
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
 
Bildirilib ki, marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) -  Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər.
 
“Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.  Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək”, - məlumatda qeyd olunub. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903
avatar

Oxşar yazılar