Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Dilarə Kazımovanın maraqlı bir şəkli yayılıb. Lent.az-ın məlumatına görə, təmsilçimizin Avstriyanın transseksual iştirakçısı Conçita Vurstla (Conchita Wurst) çəkdirdiyi xatirə şəkli sosial şəbəkədə maraqla qarşılanıb.
Onu da əlavə edək ki, Avstriya təmsilçisi hazırda ən çox tənqid olunan iştirakçılardandır.
Xatırladaq ki, Əsl adı Conchita Wurst - Tom Nyuverz olan Avstriya təmsilçisi 1988-ci ildə anadan olub.