“Düşmən laylası” təqdim edildi
26 fevral 2014 18:32 (UTC +04:00)

“Düşmən laylası” təqdim edildi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımına həsr edilmiş “Düşmən laylası”  filminin təqdimatı olub. Lent.az-ın məlumatına görə, filmin ssenari müəllifi Altay Yaşar bildirib ki, filmin əsas məqsədi Xocalı faciəsini bədii və fərqli bir üslubda dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: “Film 15 gün ərzində İsmayıllıda çəkilib. Bu filmdə Xocalı faciəsinə fərqli üslubda yanaşılıb”.

Sonra filmin “Soundtrack”ini yazan bəstəkar Nailə Mirməmmədli çıxış edib. O da film barədə qonaqları məlumatlandırdıqdan sonra onları filmə baxmağa dəvət edib.

 

 

Film nümayiş olunduqdan sonra tədbirə təşrif buyuran xalq artisti Rasim Balayev öz fikirlərini bölüşüb: “Yeni işiniz münasibəti ilə hər birinizi təbrik edirəm. Bu filimdə Ermənilərin Xocalı faciəsində Azərbaycan xalqına etdiyi zülmlər nümayiş olunub. Ekran işində gərək, qəddarlıqlara daha çox yer ayrılaydı. Gərək, insanların necə qətlə yetirilməsi də bu qısa filmdə əks olunaydı”.

 

Ekran işində mahnıları xalq artisti Alim Qasımovla, əməkdar artist Fərqanə Qasımova ifa edib. Lakin məlum olmayan səbəblərdən A.Qasımov və onun qızı F.Qasımova tədbirdə iştirak etməyib.

 

Qeyd edək ki, filmin rejissoru kinorejissor Elxan Cəfərov, operatoru isə Tanrıverdi Tanrıverdiyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886
avatar

Yalçın UĞUR

Oxşar yazılar