“Cahan” uşaq rəqs qrupunun hesabat - tədbiri olacaq
05 aprel 2014 20:44 (UTC +04:00)

“Cahan” uşaq rəqs qrupunun hesabat - tədbiri olacaq

0

Aprelin 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cahan” uşaq rəqs qrupunun təntənəli tədbiri keçiriləcək.

 

Teatrdan APA-ya verilən məlumata görə, müxtəlif yaş qruplarından ibarət uşaq rəqs ansamblı 7-ci ildir ki,  fəaliyyət göstərir. Bu illər ərzində kollektiv Türkiyənin bir çox şəhərlərində və İran İslam Respublikasında keçirilən uşaq festivallarında müvəffəqiyyətlə ölkəmizi təmsil edərək müxtəlif diplom və mükafatlara layiq görülüb.

 

Tədbir rəqs qrupunun 7 illik fəaliyyətini əks etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 774

Oxşar yazılar