“50 illik sehr” təqdim edilib
21 oktyabr 2015 12:52 (UTC +04:00)

“50 illik sehr” təqdim edilib

0

 

Nizami Kino Mərkəzində “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu ekran əsərlərindən olan “Sehrli xalat” filmin ekranlara çıxmasının 50 illiyinə həsr olunmuş  “50 ilin sehri” sənədli filminin təqdimatı olub. Lent.az-ın məlumatına görə, film Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkətinin dəstəyi ilə  çəkilib.

Tədbirdə  Xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi yad edilib. Xalq artisti ilə olan görüşündən kadralar nümayiş olunub.           

Tural Səmədov ideya müəllifliyi əsasında ekranlaşdırılan filmin  rejissoru Mais Zeynalovdur. “50 ilin sehri” sənədli filmində “Sehirli xalat”da  çəkilən aktyorların xatirələri və filmdən fraqmentlər tamaşaçıları o dövrlərə qaytarır.  Filmdə  çəkilmiş aktyorların,  Zərifə obrazını yaratmış S. Hətəmovanın, Y. Şeyxovun, A. Mustafayevanın çəkilişlər  haqqında xatirələri maraqla qarşılandı. Filmdən sonra,  çıxış edənlər filmin rejissoru Əlisəttar Atakişiyevi, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç və  Hüseynağa Sadıxov  kimi sənətkarlarları yad ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar