“1001 bayatı” iki dildə Gürcüstanda nəşr edilib
22 yanvar 2014 20:33 (UTC +04:00)

“1001 bayatı” iki dildə Gürcüstanda nəşr edilib

Gürcüstanda fəaliyyət göstərən “Varlıq” Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “1001 bayatı” kitabı Azərbaycan və gürcü dillərində nəşr edilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Varlıq” Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət bildirib ki, 368 səhifədən ibarət olan kitabda verilən bayatılar şair-tərcüməçi Zezva Medulaşvili tərəfindən gürcü dilinə çevrilib, tərcüməçi kitaba ayrıca izahlı lüğət də daxil edib.

 

Kitabın redaktorları Rafiq Hümmət və Quri Otobaiadır.

 

Kitabın mətbəə xərcləri Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən ödənilib.  

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar