Bakıda doğulan Xalq artistindən  112 milyonluq DƏLƏDUZLUQ
12 dekabr 2025 14:23 (UTC +04:00)

Bakıda doğulan Xalq artistindən 112 milyonluq DƏLƏDUZLUQ

0

Rusiyanın Xalq artisti Larisa Dolina 2025-ci ilin əsas antiqəhrəmanları siyahısında birinci yerdə qərarlaşıb. 

Lent.az bu barədə yerli mediaya istinadla məlumat verir.

Bildirilir ki, sorğuda iştirak edən istifadəçilərin 62 faizi müğənninin davranışını düzgün hesab etmir. Söhbət Dolinanın fırıldaqçıların tələbi ilə mənzilini satmasından, daha sonra isə məhkəmə yolu ilə həmin mənzili geri almasından gedir.

Лариса Долина

Sosial şəbəkələrdə müğənniyə qarşı başlayan tənqid dalğasından sonra Larisa Dolina mənzilin alıcısı Polina Luryeyə 112 milyon rublu (2.5 milyon manat) geri qaytaracağına söz verib.

Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar