5 yaşlı azərbaycanlı Beynəlxalq turnirdə 1-ci olub
28 mart 2016 15:30 (UTC +04:00)

5 yaşlı azərbaycanlı Beynəlxalq turnirdə 1-ci olub

 

 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Bədii gimnastika üzrə 3-cü Beynəlxalq “Bahar kuboku – 2016” turniri başa çatıb. Lent.az-ın məlumatına görə, tədbirdə Macarıstanı təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq birinci pilləyə yüksəlib. Minanın ailəsi Macarıstanda yaşadığı üçün o, bu ölkəni təmsil edib.

 

 “Bahar kuboku – 2016” turniri 2001-2011-ci illərdə doğulan oğlan və qızlar arasında keçirilib. Turnirdə ev sahibi Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri – o cümlədən, İtaliya, Rusiya, Çexiya, Kipr, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya-Hersoqovina, Polşa, Lüksenburq, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin təmsilçiləri iştirak edib. Güclü rəqibləri ilə mübarizədə birinci olmağı bacaran 5 yaşlı həmyerlimiz Mina Abbasova cəmi 6 aydır ki, peşəkar gimnastika ilə məşğul olsa da, yaşıdları arasında fərqlənərək, Beynəlxalq turnirə vəsiqə qazana bilib.

Qeyd edək ki, beynəlxalq yarışmada ölkəmizi laiyiqincə təmsil edərək qalib olan M. Abbasova məkdar incəsənət xadimi, tanınmış rejissor, Musiqili Teatrın  direktoru Əliqismət Lalayevin nəvəsidir. Qeyd edək ki, Minanın anası yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar