BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda bir sıra ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a veilən məlumata görə, aprelin 25-dən 27-dək Bakıda keçiriləcək forumunda iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin Dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.
Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.