
18 ay ərzində 50 lider seçiləcək
Mədəniyyət və Yaradıcılıq Proqramı Avropa İttifaqının 6 Şərq Tərəfdaşlığı ölkəsindən 50 mədəniyyət üzrə lideri proqrama qoşulmağa dəvət edir. Lent.az-ın məlumatına görə, proqram ödənişsizdir. Proqramda əsas diqqət, dövlət, özəl və qeyri-hökumət sektorlarında reklam, memarlıq, arxiv, muzey, qalereya və kitabxanalar, incəsənət, audiovizual sənayelər, sənətkarlıq işləri, dizayn, moda, festivallar, kino, oyunlar, irs, İT, musiqi, yaradıcı incəsənət növləri, fotoqrafiya, nəşriyyat, radio və TV sahələri üzrə çalışan menecerlər üçün potensialın artırılmasına yönləndirilib.
Proqrama qoşulub ilk tədbirdə iştirak etməklə Aİ-dəki yaradıcı sənayeləri təmsil edən mədəniyyət üzrə aparıcı mütəxəssislərlə tanış olmaq və əməkdaşlıq proqramı barədə məlumat almaq imkanı yaranacaq.
Bundan sonra növbəti 18 ay ərzində seminar imkanlarından yararlanmaq imkanı da əldə etməm mümkündür.
Proqram aşağıdakı şərtləri yerinə yetirən 50 lideri seçəcək:
Proqramın internet saytı üçün orijinal məqalə və ya araşdırma yazmaq
Xüsusi mədəniyyət idarəçiliyi mövzusu üzrə işçi qrupa qoşulmaq
Ən az iki seminarda iştirak etmək
Proqramın «Mədəniyyət əhəmiyyət kəsb edir» kampaniyasına qoşulmaq.
Qeydiyyatdan keçmək üçün, aşağıdakı ünvana elektron məktub yollayıb, yaradıcılıq üzrə Liderlik seminarına qatıla biləcəyinizi təsdiqləmək lazımdır ([email protected]).
Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28