Xalq artistinin vəziyyəti  ÇOX AĞIRDIR  - Həkimdən AÇIQLAMA
26 aprel 2021 11:33 (UTC +04:00)

Xalq artistinin vəziyyəti ÇOX AĞIRDIR - Həkimdən AÇIQLAMA

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin səhhəti ağırlaşıb.

Bu barədə Lent.az-a “Yeni klinika”-nın reanimasiyasının müdiri Emil Qasımov məlumat verib. O bildirib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:

“Arif Quliyevin səhhəti ağır qiymətləndirilir. Təxminən 10 gündür bu xəstəliyə tutulub. Xəstəxanamızın şöbəsində 4 gündür müalicə olunur. Təxminən 1 saat öncə reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb. Olunan müalicələrə əsasən ağ ciyərin 90 faizi zədələnib. Ona görə də süni tənəffüs aparatına qoşulub. Lazım müalicələr aparılır. Amma vəziyyəti çox ağırdır”

# 11643
avatar

Yalçın UĞUR

Oxşar yazılar