“Hamı telekanalların fəaliyyətini tənqid edir. Amma aranızda neçə nəfər televiziyanı izləyən var? Hamı deyir verilişlərə heç kim baxmır, proqramlar zövqsüzdür. Axı baxan və tələb edən kütlə olmasa, o proqramlar olmaz”.
Lent.az-ın xəbərinə görə, bu fikirləri “Xəzər” telekanalının rəhbəri, Xalq artisti Murad Dadaşov Musiqi Forumunda səsləndirib.
“Telekanal lisenziya verilmiş proqramları, mahnıları təqdim edir. Biz bir növ televiziyaların işini apteklərin işi ilə müqayisə edə bilərik. Heç kim girib aptekdə deyə bilməz ki, sən pis dərman satırsan, alınmırsa, bu dərmanı satmamalısan”, - o bildirib.