Xalq artisti Şuşada ağladı - FOTO
06 avqust 2022 11:57 (UTC +04:00)

Xalq artisti Şuşada ağladı - FOTO

Xalq artisti Arif Babayevin Şuşa şəhərini ziyarət edib. 

Lent.az-ın  xəbərinə görə, onun şəkillərini aparıcı Hacı Nuran Hüseynov yayımlayıb. Uzun sürən xəstəlikdən sonra Arif Babayevin xeyli dəyişdiyi nəzərə çarpıb.

Xalq artisti çəliklə və çətinliklə hərəkət edir. O Şuşanı görüncə ağlayıb. A.Babayevlə birlikdə həyat yoldaşı Gültəkin xanım da Şuşaya gedib. 

Hacı Nuran paylaşımında bu qeydi edib: "Muğam sənətimizin qocaman ustadı Arif Babayev də ömrünü bir kinolenti kimi gözləri önündən keçirtdi Şuşada. Doğma vətən torpağında gördüyü insanları, dinlədiyi ustadları xatırladı. Kövrəldi, göz yaşlarına hakim ola bilmədi sənətkar" 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2826
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar