44 günlük Vətən müharibəsi ilə bağlı film hazırlanıb.
Lent.az xəbər verir ki, APA TV-nin təqdim etdiyi ən nikbin qısa film “Müharibə və oyun” adlanır.
44 günlük Vətən müharibəsində əsgərlərə mənəvi dəstək olmaq üçün məktəblilər məktub yazır, onlara xeyir dua verirdilər. Elə onlardan biri də kompüter oyunlarını sevən məktəbli Mirkazım Ağaoğlu idi. Ünvanladığı məktub onun kimi kompüter oyunlarını həvəslə oynayan əsgər Elxan Məhəmmədzadəyə çatır. Təsadüf onları yenidən oyun zalında birləşdirib. Daha sonra isə ...
“Müharibə və oyun” adlı filmi ətraflı aşağıdakı linkdən izləyə bilərsiniz.