Ukrayna “Avroviziya-2022"nin qalibi oldu
15 may 2022 03:04 (UTC +04:00)

Ukrayna “Avroviziya-2022"nin qalibi oldu

İtaliyanin Turin şəhərində keçirilən 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Lent.az xəbər verir ki, ümumilikdə 25 ölkənin vəsiqə qazandığı final mərhələsində 631 səslə Ukrayna (Kalush Orchestra - Stefania) bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub.

 Böyük Britaniya (Sam Ryder - Space Man) ikinci, İspaniya isə (Chanel - SloMo) üçüncü olub.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.

# 5943
avatar

Oxşar yazılar