Türkiyənin məşhur incəsənət xadimləri ölkədə baş vermiş dəhşətli zəlzələdən sonra zərərçəkmiş soydaşlarına kömək etmək üçün əllərindən gələni edirlər. Tanınmış rok müğənnisi Haluk Levent AFAT könüllüsü olaraq artıq fəalkət bölgəsindədir və gələn yardımların koordinasiyası ilə məşğuldur.
Lent.az Türkiyə mdiasına istinadən xəbər verir ki, Demet Özdemir, Burcu Biricik, Burak Deniz, Aslıhan Gürbüz, Hazal Kaya, Özge Özpirinçci, Hafsanur Sancaktutan, Pınar Deniz, Ezgi Mola, Doğa Rutkay, Mert Fırat, Enis Arıkan, Bergüzar Korel, Burak Özçivit, Onur Tuna, Esra Bilgiç, Eda Ece, Şevval Sam, Barış Arduç, Aslı Enver, Buğra Gülsoy, Hande Erçel, Mert Fırat, Uğur Güneş, Alina Boz, Serkan Çayoğlu, Pınar Deniz kimi məşhur aktyorlar isə sosial şəbəkələrdə aktivliklərini artıraraq, yardım istəyən vətəndaşların səsini çatdırmağa çalışırlar.
İzləyicilərinin sayı milyonlarla olan məşhur aktyorlar onlara ünvanlanmış yardım mesajlarını öz səhifələrində paylaşmaqla xilasedicilərə kömək edir, harada sağ insanların olması barədə məlumat ötürürlər. Bundan əlavə məşhurlar serial çəkilişlərini dayandırıb, özləri üçün ayrılmış karavanları, avtobusları, film setlərində istifadə olunan generatorları fəlakət bölgəsinə göndərmək üçün təşkilatlanıblar.
İlk yardım “Ay Yapım” şirkətindən gəlib. Film şirkəti işıq generatorları, avtobus, avtomobillərini zəlzələ bölgəsinə göndərib.
“Yasak elma” serialının baş rol oyunçusu Eda Ece hətta etiketini qoparmadığı yeni geyimlərini belə əlavə edərək, bir yük maşını dolusu geyim tədarükü görərək yardım edib.
Bu gün sosial media vasitəsilə insanlar bir - birlərinə böyük yardım göstərə bilirlər. Çoxlu sayda zərərçəkmiş dağıntılar altından mesaj yazaraq özü haqqında məlumat verir. Onların çoxu mesajlarını inandıqları məşhurlara ünvanlayırlar.