Tundralı qadınlara qoyulan  qəribə qadağalar
17 iyul 2023 13:12 (UTC +04:00)

Tundralı qadınlara qoyulan qəribə qadağalar

Tundrada çətin iqlim şəraitində, 50 dərəcə soyuqda yaşayan nens, xant xalqlarının maraqlı adətləri var.

Maral dərisindən çadırlarda yaşayıb, çoxlu sayda övlad böyüdülən bu ailələrdə qadınların çiyninə xüsusi yük düşür. Üstəlik, onlara bir sıra sərt qadağalar da qoyulub.

Lent.az qarlar ölkəsində, çadırlarda yaşayan bu insanların gündəlik həyatına nəzər salır. Maral sürülərinə baxmaq üçün xantı ailələrində çoxlu uşaq doğulmalıdır. Bir ailədə 10 uşağın olması adi haldır. Demək olar ki, hamısı eyni çadırda, maral dərisi ilə örtülmüş çum adlı yerlərdə  qalırlar. Qadınlar yemək bişirməli, təsərrüfatı idarə etməli, paltar tikməli, sobanın daim gur yanmasına diqqət etməlidir.

Bu xalqların adətinə görə, qadın çumdan uzağa getməməlidir, bu günah sayılır. Yəqin ki, soyuq havalarda ocağın sönməməsi üçün qoyulmuş bir qadağa idi.

Nens və xantılarda qadın balıq təmizləyə, mətbəx işlərində ərindən yardım istəyə bilməz. Qadının ərinin əşyalarının üstündən keçməsi, onları ayaqlaması da qadağandır. Bu ailəyə bədbəxtlik gətirər.

Qadınlar kişilərlə eyni masa arxasında otura bilməzlər. Qadının vəzifəsi kişini isti çay və yeməklə təmin etməkdir.  Evə gəlmiş qonaq getmək üçün ayağa qalxanda qadın mütləq süfrənin və ya masanın bir güncünə əlini basıb saxlamalıdır. Qonaq çumdakı bərəkəti özü ilə çəkib aparmasın deyə.

Hər çumun arxa tərəfində bu xalqların müqəddəs saydıqları tanrılarının heykəlçikləri olan balaca çadırlar olur. Qadınlara bu çadırlara girmək qadağandır. Üstəlik bu çadırlara arxa çevirib getmək də günah sayılır. Ona görə evlərinə gələn ilk qonağa “tanrılarının” yerini göstərib, ona xüsusi ehtiram göstərilməsini tələb edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3504
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar