Tövbə ilə tobanın əlaqəsi varmı, niyə andı içirdilər? -  Belə yaranıb
23 noyabr 2023 16:38 (UTC +04:00)

Tövbə ilə tobanın əlaqəsi varmı, niyə andı içirdilər? - Belə yaranıb

Dilimizdə tez-tez işlənən “toba” sözünü çoxları “tövbə” kəlməsi ilə əlaqələndirir, onun assimiliasiyaya uğramış forması hesab edirlər. Əslində bu sözün qədim tarixi və hekayəsi var. Həm də İslamla deyil, türklüklə əlaqəlidir.

Lent.az “Belə yaranıb” rubrikasında maraqlı məlumatı diqqətinizə çatdırır.

Qədim türklərdə xaqan türk dövlətini idarə etməyə başlayanda əvvəlcə xalqı və Tanrısı qarşısında “ant” içərək söz verir, əhd edirdi. Anddan dönmək böyük günah, cinayət sayılır, andını çeynəyən xan taxtından endirilirdi.

Bu, sözün müqəddəs gücündən qaynaqlanan bir inanc idi. Çuvaş və altaylıların  mifologiyasında “ant” sözünü “tobada” kimi işlədirlər. Bu söz müsəlmanların “Vallah” sözü mənasında işlədilir. “Toba doğru deyirəm” frazasının kökü də bu “tobada” sözündən gəlir. Söz skif ocaq tanrısı Tabıtının adıyla  əlaqəlidir. Sözün mənşəyi, köhnə türkcə və monqolca diz çökmək anlamını verir.

Bəs niyə ulu babalarımız “andı içirəm” deyirdilər? 

Qədim türk və monqol dillərində  Anda və ya Andakar adlı müqəddəs bir içki var idi. Anda  içinə qan qatılmış südə deyilirdi. İki nəfər bir qabın içərisindəki südə biləklərini kəsib, qanlarını damladar və bu qarışımı içib qan qardaşı olardılar.

Qan qardaşı bioloji qardaşdan daha yüksək, daha etibarlı qardaşlıq hesab olunurdu. Andakar içmək, ondan dönmək həm günah, həm şərəfsizlik sayılırdı. Sonralar qan qardaşı olmaq üçün biləkləri kəsib qanı bir birinə sürtmək yetərli hesab olunsa da bu elə and içmək çayıldı. Bax beləcə dilimizdə and içmək  adlı bir ifadə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4728
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar