Anasını öldürüb qalıqlarını zibil torbalarına  yığdı
24 aprel 2025 12:43 (UTC +04:00)

Anasını öldürüb qalıqlarını zibil torbalarına yığdı

ABŞ polisi yaşlı qadının evində axtarış apararkən onun qalıqlarını tapıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisənin Konnektikut ştatında baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarını 70 yaşlı Tina Lloydun böyük oğlu Teodor çağırıb.

Onun sözlərinə görə, uzun müddətdir ki, anasını görmür və ondan narahatdır. Yaşlı qadının evinə gələn polis, içərisində parçalanmış qalıqların olduğu 14 zibil torbası tapıb.

Polis qadının böyük oğlunu həbs edib. İlkin məlumata görə, kişi anasını öldürüb, sonra isə onu yandıraraq cinayəti ört-basdır etməyə çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar