Bu ilin yanvar ayında xərçəng xəstəliyindən vəfat edən Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra Həcc ziyarətinə gedib.
Lent.az-ın xəbərinə görə, bu barədə Tünzalə Əliyevanın əri Röyal öz sosial şəbəkə hesabında məlumat verib.
O qızını Həcc ziyarətinə gətirdiyini, bunun Tünzalə Əliyevanın arzusu olduğunu deyib.
"Söz vermişdik ki, üçümüz birlikdə Həcc ziyarətinə gedəcəyik. Amma qismət olmadı. Biz qəlbimizdə sənlə getdik. Daim əlimdən tutmuşdun kimi təvaf elədik. Qızımız gənc yaşında hacı xanım oldu".
Röyal onları Həcc ziyarətinə göndərənlərə minnətdarlıq eləsə də, bunu kimin etdiyini deməyib.