"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilovanın Lent.az-a verdiyi məlumata görə, hazırda Ceyhun Əsgərovun evində təcili tibbi yardım briqadasının həkimləri var.
"Biz bu gün onun Mərdəkandakı evinə təcili tibbi yardım briqadası göndərmişik və hazırda həkimlərimiz ona yardım göstərməyə çalışırlar, lakin o, imtina edir. Biz təcili yardım briqadasının həkimilə danışdıq. İstəyirik ki, ora polislərin müşaiyəti ilə psixobriqada göndərək, yerində yardım olunsun və dispanserə yatıraq. Onun intensiv həkim nəzarəti altında müalicə almasına ehtiyac var. Dəfələrlə onu yerləşdirmişik, müalicə alıb, amma kursu davam etdirmədiyinə görə, xəstəliyindən sağala bilmir."
Ceyhun Əsgərovun alkoqolizm xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
14:20
****
Lent.az-ın əməkdaşı bir saata öləcəyini bildirmiş teleaparıcı Ceyhun Əsgərovla əlaqə saxlayıb.
Aparıcı bildirib ki, hazırda evdədir və yardıma ehtiyacı yoxdur. O, paylaşımı həyat yoldaşına görə yazdığını söyləyib.
Onun yanına getmək, dəstək olmaq istəsək də, razılaşmayıb. Buna ehtiyac olmadığını söyləyib.
***
11:42
Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov qəribə paylaşımı ilə diqqət çəkib. O, öz Facebook hesabında paylaşım edərək bir saata həyatdan gedəcəyini yazıb. Lent.az-ın xəbərinə görə, bir çox izləyicilər bunu intihar anonsu kimi qiymətləndiriblər.
Səhhətində problemlər olan Ceyhun Əsgərov uzun müddətdir xəstədir və müalicə almaqdan imtina edirdi. Aparıcı hazırda xəstəxanaya yerləşdirilib.