Tanınmış musiqiçi ÖLDÜ  - FOTO
16 mart 2023 16:57 (UTC +04:00)

Tanınmış musiqiçi ÖLDÜ - FOTO

72 yaşlı məşhur R&B musiqiçisi Bobbi Calduell vəfat edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ifaçının uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Ritm və bluz ulduzu son beş il ərzində çətinliklə hərəkət edir və şiddətli ağrılardan əziyyət çəkirdi.

Bobbi Calduell "Captain Beyond" və "Armageddon" qruplarının yaradıcılarından biri kimi tanınır. Bundan başqa, B.Calduellin ən məşhur hiti 1978-ci ildə yazılan "What You Won't Do for Love" mahnısıdır ki, bu, Boyz II Men, Michael Bolton və başqa məşhurlar da daxil olmaqla bir çox sənətçi və qrup tərəfindən ifa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325

Oxşar yazılar